"Milli Məclis sabiq millət vəkillərinin pensiya məsələsinə mütləq baxmalıdır"
Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev Azərbaycan Xalq Cünmhuriyyətinin yaradılmasının 95 illik münasibətilə Azərbaycan xalqını və millət vəkillərini təbrik edib. SİA-nın məlumatına görə, Qüdrət Həsənquliyev bu bayramın qeyd olunmasında səbəbkar olan istiqlalçı deputatların pensiya məsələsinin hələ də həll olunmamasına diqqət çəkib.
O bildirib ki, bu məsələ öz həllini tapmalıdır: "Milli Məclis sabiq millət vəkillərinin pensiya məsələsinə mütləq baxmalıdır. Keçmiş kommunistlər, məhkəmə sədrləri, keçmiş partiya işçiləri necə pensiya alırlarsa, eləcə də Azərbaycanın istiqlaliyyətinə səs vermiş istiqlalçı deputatlar da pensiya almalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB