Deputat Milli Qəhrəmanların statusu ilə bağlı təklif irəli sürdü

Deputat Milli Qəhrəmanların statusu ilə bağlı təklif irəli sürdü

Milli Məclisin bugünkü plenar iclası davam edir. SİA-nın məlumatına görə, iclasda çıxış edən deputat Musa Quliyev sosial əhəmiyyətli məsələ ilə bağlı təklif irəli sürüb. O bildirib ki, Milli Qəhrəmanların statusi ilə bağlı məsələ müzakirıyə çıxarılmalıdır.

Onun sözlərinə görə, Azərbaycan müharibə dövründə bir çox şəhidlər verib: "Həmin şəhidlərin sırasında milli qəhrəmanlarımız da var. Azərbaycanda 211 milli qəhrəmanımızdan 17-si həyatdadır. Məsələ orasındadır ki, şəhid olanlarla həyatda qalan milli qəhrəmanların statusları arasında fərq var. "Şəhid adlarının əbədiləşdirilməsi haqqında" qanunda milli qəhrəmanın dəfni, onların ailələri üçün sosial yardım olacaqsa o zaman həyatda olan milli qəhrəman haqqında bu məsələlərdə ciddi boşluq yaradır".

"Bu yaxınlarda Milli Qəhrəman Eldar Ağayev rəhmətə getdi. Ancaq onun harada dəfn edilməsi və cənazəsinin kim tərəfindən götürülməsi məlum olmadı. Hesab edirəm ki, milli qəhrəmanların statusu barədə qanun qəbul etməliyik. Burada milli qəhrəmanın sosial təminatları, imtiyazları, mənzillə təmin olunması və digər məsələr öz əksini tapmalıdır. Bu məsələyə sistemli şəkildə yanaşılmalıdır. Milli qəhrəmanlar hər zaman dövlətin yanında olmalı və tədbirlərdə iştirak etməlidir. Bu bizim həm vətənpərvərlik ruhumuzun yüksəlməsinə, həm də gələcəkdə hərbçilərimizin daha da qəhrəmanlıq göstərməsinə şərait yaradacaq",- deyə millət vəkili fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə