Ərizələrin qəbulu başa çatır

NETTY 2013-də iştirak etmək üçün ərizələrin qəbulu başa çatır
Ərizələrin qəbulu başa çatır

NETTY 2013 Azərbaycan Milli İnternet Mükafatı iştirakçılarının ərizələrinin qəbulunun sonuna bir həftədən az vaxt qalıb. Hazırda 300-dən çox veb-sayt, proqram və layihə qələbə uğrunda müsabiqədə mübarizə aparır.

SİA-ya verilən məlumata görə, 31 may www.netty.az-da saytların, layihələrin, proqramların, virtual jüri üzvlərinin qeydiyyatı dayanacaq. 1 iyun tarixində NETTY 2013-ün nominantlarının müəyyən edilməsi məqsədilə Ekspert Şurasının və Virtual Jürinin paralel səsverməsi başlanacaq. Səsvermə iyunun 11-dək davam edəcək. Yalnız əvvəlcədən qeydiyyatdan keçmiş jüri üzvləri nominantların seçimində iştirak edə biləcəklər. 12 iyun tarixində Ekspert Şurasının və Virtual Jürinin tərəfindən seçilmiş nominantları əsas tutaraq (Şura hər nominasiya üzrə 3 nominant, Jüri isə hər nominasiya üzrə 1 nominants eçir), NETTY Akademiyası səsverməyə başlayır. Akademiya mövcud olan hər nominasiya üzrə bir qalibi müəyyən edir. Qeyd olunan dövr ərzində müsabiqədən kənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçiriləcək.

Mükafatlandırma mərasimində mükafatın bütün nominantları iştirak edirlər. Qaliblərə müsabiqənin baş mükafat olan NETTY heykəlciyi təntənəli şəkildə verilir. Həmçinin müsabiqənin finalçılarına, mükafatın partnyorları tərəfindən çoxlu sayda faydalı və qiymətli prizlər təqdim olunacaq.

Qeyd edək ki, müsabiqə AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir. Müsabiqənin baş partnyorlarıyla birgə "MobiTel" və "Huawei Azerbaijan" şirkətləri çıxış edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə