Mayın 23-də Masallı şəhərindəki Gənclər Mərkəzində "Narkomaniyaya yox deyək!" mövzusunda seminar-treninq keçirilib. YÇ-nın məlumatına görə, tədbirdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bu gün bəşəriyyəti daha çox düşündürən və narahat edən narkomaniyanın zərəri barədə geniş məlumat verib. Ölkəmizdə, o cümlədən Masallı rayonunda gənclərin bu zərərli vərdişdən uzaqlaşdırılması istiqamətində görülən tədbirlərə toxunub. Bildirib ki, gəncləri bu bəladan qurtarmaq üçün təkcə onları məlumatlandırmaq kifayət etmir. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların öz təşəbbüslərini reallaşdıra biləcəyi mühitin formalaşdırılması və onlara xidmət göstərə biləcək strukturların yaranması vacib şərtlərəndəndir.
Masallı Rayon Mərkəzi xəstəxanasının həkimi Mirdamət Nəbiyev, Rayon təhsil şöbəsinin metodisti Hüseyn Hüseynov çıxışlarında qeyd ediblər ki, narkomaniya dünyanın faciəsinə çevrilib. həm sürətlə yayılmasına, həm də bütün yaş qruplarını əhatə etməsinə, ölüm faizinin yüksək olması, narkomaniyaya qurşananların sayının getdikcə artması bu problem ətrafında düşünməyə əsas verir.
Seminar-treninqdə gəncləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda mövzuyla bağlı sənədli film nümüyiş etdirilib, iştirakçılara bukletlər paylanılıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB