DSX-nin rəisi Lənkəranda vətəndaşları qəbul edib FOTO

DSX-nin rəisi Lənkəranda vətəndaşları qəbul edib FOTO

Mayın 23-də vətəndaşların yerlərdə qəbulu üzrə təsdiq edilmiş qrafikə uyğun olaraq Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Lənkəranda vətəndaşları qəbul edib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Sərhəd Dəstəsində keçirilən qəbul zamanı DSX-nin rəisi Yardımlı, Lənkəran, Astara, Lerik rayon sakinləri ilə görüşərək, onların müraciətlərini, şikayətlərini, arzu və təkliflərini dinləyib.

Elçin Quliyev vətəndaşların müraciətlərinin yerindəcə həll olunması üçün tabeliyində olan qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Dövlət Sərhəd Xidmətinin səlahiyyətinə aid olmayan müraciətlər isə digər dövlət təşkilatlarına göndərilmək üçün nəzarətə götürülüb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə