ATGTİ yeni layihəyə start verib

ATGTİ yeni layihəyə start verib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı(ATGTİ), Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu (AzGF) və Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Gənclər Təşkilatı (ADİU TGT) "I am a young businessman" layihəsini təqdim edir. ATGTİ-dən SİA-ya verilən məlumata görə, "I am a young businessman" layihəsi 3 həftə boyunca davam edəcək. Layihə çərçivəsində iştirakçılara təcrübəli təlimçilər tərəfindən layihə və biznes plan hazırlmağın qaydaları öyrədiləcək. Layihə tam olaraq ingilis dilində keçiriləcək. Sonda qalib gəlmiş biznes planın müəllifi mükafatlandırılacaq və həmin biznes planın reallaşdırılmasına şərait yaradılacaq. Layihədə iştirak etmək arzusunda olan tələbələr http://adiutgt.org/?page_id=2014 ünvanından qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, layihədə iştirak etmək üçün son müraciət tarixi 28 may 2013-cü ildir.

Bütün xəbərlər Facebook səhifəmizdə