Son günlər bəzi kütləvi informasiya vasitələrində Saatlı rayon Suvarma Sistemləri İdarəsi ilə bağlı həqiqətə uyğun olmayan, kimlərinsə subyektiv maraqlarına qulluq edən məlumatlar yayilmaqdadır. Məlumatlarda güya ki, idarədə dövlət vəsaitinin mənimsənilməsi və idarə rəisi ilə rayon İcra Hakimiyyətinin başçısı arasında soyuq munasibətin olduğu barədə yazılar yer almışdır.
SİA-nın Aran bürosunun əməkdaşı idarə rəisi Tahir Rzayevlə əlaqə saxlayaraq məsələyə münasibətini oyrənib. İdarə rəisinin verdiyi məlumata görə, yazılanların hec bir əsası yoxdur və bu jurnalistin uydurmasıdır: "Yazı müəllifləri dəfələrlə rayonda aparılan işlərlə tanış olmaq üçün dəvət olunub. Görünür kimlərisə rayonda aparılan işlərdən cox başqa məsələlər maraqlandırır".
Rayon İcra Hakimiyyətinin başçısı ilə bağlı yazilanlara münasibət bildirən T.Rzayev əlavə edib ki, bunlar tamamilə ağlasığmaz və gülməli bir məsələlərdir: "Ən azından mənim əxlaqım buna yol verməz. Belə ki, rayon icra hakimiyyətinin başçısına hörmətim var və aramızda hec bir problem ola bilməz. Aidiyyəti qaydada öz vəzifə funksiyalarımı həyata keçirməklə məşğulam. Bir daha yazılanların heç bir həqiqətə uyğun olmadığını bildirirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB