"Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yarandığı gündən etibarən beş il müddətində QHT-in 1000-dən çox layihəsi maliyyələşdirilib". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər Şöbəsinin rəsmisi Vüsal Quliyev deyib. O bildirib ki, bu layihələrin bir qismi məhz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün reallaşdırılıb: "Maliyyələşdirilən layihələrin 30-40% Dağlıq Qarabağ hadisələrini və Xocalı soyqırımı həqiqətlərini dünya ictimaiyyətinə çardırmaq məqsədi daşıyıb. Layihələrin reallaşdırılması bizə Dağlıq Qarabağ həqiqətləri ilə bağlı təbliğat işlərinin aparılmasında yardım edir. Bu prosesdə isə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Prezident yanında Gənclər Fondunun və digər təşkilatların yardımı nəticəsində QHT-lər fəal iştirak edirlər".
Dövlət qeydiyyatından keçməyən QHT-lərin maliyyələşdirilməsi məsələsinə də aydınlıq gətirən PA rəsmisinin sözlərinə görə, bu məsələdə hüquqi prosedurlara əməl olunmalıdır: "Əgər təşkilatın dövlət qeydiyyatı yoxdursa o öz hüquqi sənədlərini qaydaya salmalı, hüquqi şəxs statusu almalıdır. Daha sonra təşkilat digər təşkilatlarla normal əməkdaşlıq edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB