Millət vəkili Qənirə Paşayeva Los Ancelesdə Azərbaycan və türk diasporunun rəhbərləri, fəalları və Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevlə görüşüb. SİA-nın verdiyi məlumata görə, millət vəkili harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və türk diaspora təşkilatlarının Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün birlikdə çalışmalarının vacibliyini vurğulayıb.
Millət vəkili Qənirə Paşayeva ABŞ-da fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının koordinasiya olunmuş şəkildə bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini xüsusi olaraq diqqətə çatdırıb. Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri Azərbaycan həqiqətlərinin yayılması, Azərbaycan mədəniyyətinin Loc Ancelesdə, eləcə də yaxın bölgələrdə daha geniş təbliğ olunması istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildiriblər və bu istiqamətdə görülən işlər və həyata keçirməyi planlaşdırdıqları layihələr barədə millət vəkilinə məlumat verib, təkliflərini səsləndiriblər. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.
Millət vəkili Qənirə Paşayeva Los-Ancelesə səfəri çərçivəsində Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunu ziyarət edib və baş konsul Nəsimi Ağayevlə görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB