Layihələr elektron variantda qəbul ediləcək

Layihələr elektron variantda qəbul ediləcək

Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına layihələrin verilməsi prosesi sadələşdirilib. SİA-nın məlumatına görə, şura sədri Azay Quliyev bildirib ki, bundan sonra layihələr elektron variantda qəbul ediləcək. Onun sözlərinə görə, şura QHT-lərin işinin asanlaşdırılması üçün yeni formada layihə və sənəd qəbuluna başlayıb.

Azay Quliyev qeyd edib ki, şuraya kağız variantında hər hansı layihə təqdim olunmayacaq. Bütün layihələr və təkliflər elektron formada qəbul ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə