“İdeyanı bizimlə paylaş”

“İdeyanı bizimlə paylaş”

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi "İdeyanı bizimlə paylaş" devizi altında yeni pilot layihəyə start verib. 22-23 may tarixlərində keçirilmiş bu layihənin əsas məqsədi gənclərimizə fandreyzinq təlimlərinin keçirilməsi və gənclərin layihələr yazmaqla bağlı biliklərinin artırılmasından ibarətdir. SİA-nın verdiyi məlumata görə, təlimləri Gənclər Birliyi Ofisinin əməkdaşı Leyla Kərimova keçib. Təlimlərin birinci günüdə gənclərə layihə nədir, donor təşkilatlarla işlənmə qaydaları, büdcə məsələləri və.s mövzular ətrafında təlimlər keçirilmiş, təlim bitdikdən sonra gənclər 4 qrupa bölünərək müxtəlif mövzularda layihələr hazırlayıb.

Gənclər komanda formasında hazırladıqları layihələrin təqdimatlarını etdikdən sonra, layihənin ikinci günüdə təlimin gənclər tərəfindən mənimsənilməsinin yoxlanılması üçün gənclərə test tapşırıqları verilmişdir. YAP Gənclər Birliyi tərəfindən test tapşırıqlarından yaxşı nəticə toplayan gənclərə sertifikatlar təqdim edilib.

Gənclər tərəfindən hazırlanmış həyata keçirilməsi real olan və kreativliyi ilə seçilən bir neçə layihə YAP Gənclər Birliyi tərəfindən həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə