Amerika Birləşmiş Ştatlarının Texas ştatının Nümayəndələr Palatasında Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş qətnamə qəbul edilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən SİA-ya bildiriblər ki, qətnamədə Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara seçib-seçilmək hüququ verdiyi, çiçəklənən demokratik dövlət kimi 1920-ci il bolşevik çevrilişinə qədər mövcud olduğu, 1991-ci ildə isə yenidən müstəqilliyini bərpa etdiyi bildirilir.
Sənəddə Azərbaycanın Avropa və Asiya arasında yerləşən geosiyasi baxımdan vacib və mürəkkəb regionda ABŞ-ın yaxın müttəfiqi olduğu qeyd edilir. Əhalisini əsasən müsəlmanların təşkil etdiyi Azərbaycanın dünyəvi demokratik dövlət olduğu və bu ölkədə xristian və yəhudi icmalarının heç bir ayrı-seçkiliyə məruz qalmayaraq yaşadığı vurğulanır.
Bundan başqa, Azərbaycanın terrorçuluğa qarşı mübarizədə regionda ABŞ-ın ən vacib müttəfiqi olduğu və dünya enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verdiyi diqqətə çatdırılır.
Qətnamədə Texas Nümayəndələr Palatası tərəfindən Azərbaycanın Respublika Gününün qeyd edildiyi və bu əlamətdar hadisə ilə bağlı Azərbaycan və ABŞ arasında mövcud olan mühüm münasibətlərin alqışlandığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB