Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan "Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda elmi-praktik konfrans keçirilib. SİA-nın Cənub bürosuna verilən məlumata görə, konfransdan öncə iştirakçılar Heydər Əliyev Xatirə parkında Dahi Öndərin əzəmətli abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmilərinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin və tələbə gənclər təşkilatlarının fəal gənclərinin qatıldığı konfransı Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov açaraq iştirakçıları cənab nazir Azad Rəhimovun adından salamlayıb, konfransın mövzusu haqqında məlumat verib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Nazirliyin rəsmisi Əli Məmmədov Ulu Öndərin ölkəmizin inkişafındakı müstəsna xidmətlərindən söz açaraq Heydər Əliyevin dövlətimizə rəhbərlik etdiyi vaxtlarda Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.
Lənkəran ŞİH başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli çıxış edərək İcra başçısı Taleh Qaraşovun konfrans iştirakçılarına salamlarını çatdırıb. İcra rəsmisi mövzu ilə bağlı geniş məruzə edib. Natiq bildirib ki, hələ sövet dönəmində Ümumilli Lider rəhbər vəzifələrdə çalışdığı zaman Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət göstərmiş, bu istiqamətdə bir sıra qanunların qəbul olunmasında əvəzsiz xidmətlər göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin idarəçilik sükanı arxasına keçən Heydər Əliyev dövlət siyasətində gənclərə etimad göstərilməsi, gənclərin istər ölkə daxilində, istərsə də xaricdə yüksək təhsil almaları üçün bir sıra tədbirlər həyata keçirib. Məhz onun təşəbbüsü və ciddi tapşırığı ilə respublikamızda bu istiqamətdə bir sıra dövlət proqramları hazırlanaraq icra olunub. Bütün bunlar isə, hər şeydən əvvəl Azərbaycan gənclərinin sağlam və hər cəhətdən mükəmməl yetişməsi, onların hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasına xidmət edib
Lənkəran şəhər 8 saylı tam orta məktəbinin tarix müəllimi Araz Məmmədov, Lənkəran Dövlət Universitetinin tələbə gənclər təşkilatının sədri Uğur Qurbanzadə və digərləri Dahi Liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən gənclər siyasətindən söz açıblar.
Konrafsın sonunda Nazirliyin rəsmisi Əli Məmmədov iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Sonda iştirakçılar yubiley münasibətilə təşkil olunan konsert proqramına qatılıblar.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB