Rayonda turizm mövsümünün açılışına istirahət mərkəzlərinin birində təşkil olunan turizm sərgisi ilə start verilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, sərgidə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, idarə, müəssisə rəhbərləri və yerli sakinlər iştirak edib. Sərgiyə gələn qonaqlar öncə turizm obyektlərinin təşkil etdiyi sərgiyə baxış keçirərək təqdim etdikləri təamlardan dadıblar və istirahət mərkəzələrinin xidmətlərini nəzərdən keçiriblər.
Eyni zamanda sərgidə rayonun el sənətkarlarının əl işləri, müxtəlif eksponatlar təqdim olunub.Sərgidə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov mövsümün açılışı münasibətilə rayon sakinlərini təbrik edib. İstirahət Mərkəzlərinin sahiblərinə isə mövsüm boyu bol müştəri arzulayıb. İcra başçsı çıxışında həmçinin qeyd edib ki, bu gün dövlət səviyyəsində turizmə və bu sahədə çalışan sahibkarlara dəstək olunur. Lakin turizm obyektlərində hələ də çatışmayan məqamlar qalmaqdadır. Belə ki, müştərilərin ən çox narazı qaldıqları məqam xidmət səviyyəsinin hələdə aşağı olmasıdır. Sahibkarlar əsasən bu istiqamətdə çalışmalı və gələn qonaqlara yüksək xidmət göstərməklə onları rayona cəlb etməlidirlər.
Qeyd edək ki,hazırda Masallı rayonunda 28 turizm obyekti fəaliyyət göstərir. Bu turizm obyektlərində gün ərzində 1200 turistin istirahəti üçün hər bir şərait yaradılıb.
Turizm mövsümünün açılışı və sərgi yerli incəsənət xadimlərinin ifaları ilə davam edib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB