Gənc təşəbbüskar Səfər İsmayılov MÜSAHİBƏ

Gənc təşəbbüskar Səfər İsmayılov MÜSAHİBƏ

Gənc təşəbbüskar Səfər İsmayılov, Azərbaycanda alış -verişin yeni sisteminə, internetdən alış verişə öz töhvəsini verməsinin tarixcəsini və planlarını danışıb.

- Zəhmət olmasa özünüzü tanıdın

- Mən Səfər İsmayılov. İzmir şəhərində təhsil alıram. Türkiyədən Sifarişin qurucusuyam.

Bizə öz işləriniz barədə məlumat verərdiniz

Biz Türkiyədən geyim, mebel, oyuncaq, dərman, kitab bir sözlə istədiyiniz hər bir sifarişi Azərbaycanda ünvana təslim edirik.
Biz daşıma xidmətiyik və heç bir məhsul, əşya satmırıq. Ancaq "Facebook" səhifəmizdə günlükolaraq bir çox marka və butiklərin endirimləri ilə bağlı məlumatlar bölüşülür. Hazırda sayt qurucuları və dizaynerlərinin üstündə işlədiyi websaytımızda da tanıdıcı məlumatlar yer alacaq. Məqsədimiz; Azərbaycan xalqına sayısız növ və markada məhsul təqdim etmək və daha ucuza, keyfiyyətli mallara sahib olmalarına nail olmaqdır.

- Bu fikrə necə gəldiniz?

- Günümüz internet vərahatlıq dövrüdür. Belə ki, facebook’da Azərbaycanlılara aid 1 milyondan çox hesab mövcuddur. Bu da o deməkdir ki, Azərbaycan internetdən istifadədə heç də digər ölkələrdən geri qalmır. Artıq insanlar ticarət mərkəzlərində yaxud bu kimi satış həyata keçirilən bazarlarda dəyərli vaxtlarını sərf etmək istəmir. Rahat, sürətli və daha ucuz bir yola, İnternetdən alışverişə yönəlirlər. Bu ərəfədə, bir neçə aylıq araştırmalarımız göstərdi ki, Ölkənin yeni bir elektron ticarət sisteminə ehtiyacı var. Belə ki, Xalq yeniliyə açıq olsa da bəzi nigarançılıqlar var. Məsələn həll edilməli məsələlərdən biri etibar məsələsidir. Bir şəxs internetdə satılan bir əşyanı bəyənir və almaq istəyir ancaq onu necə alacağını və ödəniş edəcəyi təqdirdə ona çatdırılacağına kimin zəmanət verdiyini bilmək istəyir. Biz bu və bu kimi suallara dolğun cavab verəbilən bir sistem görmədiyimizə görə bu sektordakı boşluğu doldurmağa qərar verdik. Əminik ki, öhdəsindən də gələcəyik.

- Azərbaycanda bu sahədə xidmət verən başqa bir firma varmı?

- Az əvvəldə qeyd etdiyim kimi, bəli var. Ancaq bilirsiniz, Bu işi peşəkarcasına həyata keçirən bir sistem yoxdur.
Fərqimiz; Biz təhsilə və davamlı bilgi alış-verişinə önəm veririk. Hazırda Türkiyədə bir çox kurs, konfrans və toplantılara iştirak edir, e-ticarət və lojistika ilə bağlı dünyada gedən yenilikləri öyrənməyə çalışırıq. Türkiyədə şirkətimizin qurulması, daha da perspektivli xidmət göstərə bilmək üçün dövlət dəstəyi almağı planlayırıq və ilk addımlarımızı atmışıq.

- Hansı təbəqəyə xitab edirsiniz?

- (gülümsəyir) Pulunun və keyfiyyətin dəyərini bilən hərkəsin xidmətimizdən yararlanmasını gözləyirik. Müştəriləriniz sizə hansı səbəbə görə güvənəbilər?

- Üzərində ən çox işlədiyimiz hətta facebook səhifəmizdədə sorğu keçirdiyimiz bir məsələdir.İlk başlarda sırfbu məqsədlə Gəncə və Bakı şəhərində məsul şəxslər təyin etmişdik.Müştərilər ödəməni həmənin şəxslərə ödəyirdi.Ancaq bir müddət sonra bəzi narazılıqlar və qiymət artımı məcburiyəti yarandı.Çarə olaraq, ödəmənin bank yolu ilə ödənərək qəbz alınmasını zərur edən bir prinsiplə işləməyi qərara aldıq.
Bilirsiniz necədir, Biz dəyərli müştərilərimizdən sifarişin tam dəyərinin ödənməsini tələb etmirik və onu da qeyd edimki, Biz müştərilərimizə güvənərək sadəcə sifariş dəyərinin yarısını ödəmələriilə sifarişlərini ünvanlarına çatdırırıq.Daha sonra sifariş etdikləri malı görüb, yoxlayaraq geri qalan ödəməni həyata keçirirlər.

- Hansı növ daşıma xidmətlərini həyata keçirirsiniz?

- İstəyə görə, sifarişlər hava vəya magistral yolu ilə göndərilir.

- Bəs işləyiş mexanizmanız necədir?

Sifariş vermək istəyən dəyərli müştərilərimiz, indilik facebook üzərindən operatorlarımızla əlaqəsa xlayaraq qiymət,çatdırılma müddəti və digər sualları barədə məlumat alırlar. Qiymət və müddətin münasib olduğu halda önödəməni (Sifariş dəyərinin yarısı) həyata keçirərək bizimləyenidən əlaqə saxlayırlar. Bu mərhələdən sonra iş bizə qalır. Sifariş verilir və optimal zaman içərisində ünvana çatdırılır. Bu ərəfədə müştəriyə məlumat verilir. Çatdırılma zamanı müştəri sifariş verdiyi malı nəzərdən keçirir və razıq aldığı halda ödəmənin geri qalanını həyatakeçirir. Onu da qeydedək ki, biz müştəri məmnuniyyətini ön planda tuturuq və bu daim belə qalacaqdır. Məsələn; "Müştərinin haqlı etirazı yaxud sifarişinin rəddi zamanı qətiyyən problem etmirik, etməyəcəyik. Biz Azərbaycanda bu anlayışı da qırmaq istəyirik. Almayacaqsansa məşğul etmə. Müştəri istədiyi sualı ünvanlama və cavab alma haqqına sahibdir".

- Gələcək hədəflərinizlə bağlı məlumat verərdiniz?

- Websaytımızın fəaliyyətə başlamasından sonra sifariş alımı avtomatikləşdiriləcək və daha rahat sifariş veriləcəkdir.
İrəliləyən aylarda Azərbaycanın hər bölgəsində şöbə açmaq və Müştərilərimizə zamanında xidmət verməyi planlayırıq. Həmçinin, İstanbulda da ofis açmaq gündəmimizdədir. Ölkədəki bank sisteminin daha da təkminləşməsiylə kredit kartlarıyla işləməyi planlayırıq.

- Səfərbəy, oxuyucularımız necə sifariş verə bilərlər?

- Hələlik dəyərli oxuyucularınız www.facebook.com/trdensifaris adresindən bizimlə əlaqə saxlaya bilər. İstifadəyə tam hazır olduqdan sonra wwHYPERLINK "http://www.turkiyedensifaris.com/"w.turkiyedensifaris.com websaytımız vasitəsiylə sifariş qəbul edəcəyik.
Sizlərə yeni işinizdə uğurlar arzulayırıq və bizlərə dəyərli vaxtınızı ayırdığınz üçün təşəkkür edirik.

Mən də kollektivim adından sizlərə təşəkkür edir, bu çətin işinizdə uğurlar diləyirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə