"Azərbaycanda diffamasiya haqqında qanun qəbul edilməlidir". SİA-nın xəbərinə görə, bu barədə ATƏT-in Bakı ofisinin rəhbəri Koray Targay Bakıda keçirilən "İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri" mövzusunda dəyirmi masada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ATƏT-in təməl prinsipləri arasında media və söz azadlığı əsas yer tutur. İllərdir bu məsələ Azərbaycanda müzakirə edilir: "Hesab edirəm ki, artıq Milli Məclisdə bu barədə ciddi müzakirələr keçirilməlidir. Milli Məclis milli iradəni təmsil etdiyi üçün, bunun tənqid edilməsi doğru deyil. Ümid edirəm ki, məsələ ilə bağlı yaxın zamanlarda rəsmi çalışmalara start veriləcək. Azərbaycanda media hələ peşəkarlaşmayıb. Bunu diqqətdə saxlamaq vacibdir. ATƏT-in Bakı ofisi bu məsələdə istər hökumət, istər Milli Məclis, istərsə də vətəndaş cəmiyyətləri ilə danışıqları davam etdirəcək. Əsas məqsədimiz ATƏT-in prinsipləri əsasında Azərbaycan mediasında söz və ifadə azadlığını təmin etməkdir".
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB