"Uşaqların hüquqlarının taptanması cəmiyyətə mənfi təsir göstərə bilər"

"Uşaqların hüquqlarının taptanması cəmiyyətə mənfi təsir göstərə bilər"

"Uşaqların hüquqlarının taptanması gələcəkdə onların həyatına və bütövlükdə cəmiyyətə mənfi təsir göstərə bilər". SİA-nın xəbərinə görə, bunu UNİCEF-in dəstəyi ilə Milli Məclisdə keçirilən "Uşaq hüquqları və biznes prinsipləri" mövzusunda dəyirmi masada UNİCEF-in Bakı nümayəndəliyinin rəhbəri Mark Herevard bildirib.

O, qeyd edib ki, Azərbaycanda 18 yaşa qədər, təqribən 3 milyona yaxın şəxs var: "Uşaqlar biznesdə həm istehlakçılar, həm işçilərin ailə üzvləri, həm gələcək işçilərə çevrilən gənclər kimi əhəmiyyət kəsb edir. Bizneslər öz fəaliyyətlərini həyata keçirdiyi zaman uşaq hüquqlarına və uşaq həyatına necə təsir göstərdiklərini nəzərə almalıdırlar".

Herevard vurğulayıb ki, uşaqların gündəlik həyatında, gələcəyə köklənən strateji proqramların işlənib hazırlanmasında biznes strukturlarının rolu xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Beynəlxalq konvensiyalar uşaq hüquqlarının təmin olunmasında iştirak etmək üçün hər kəsin üzərinə məsuliyyət qoyur: "Lakin bir sıra hallarda insan hüquqları barədə müzakirələr aparılan zaman bəzən uşaqların hüquqları nəzərə alınmır. Biznes düzgün istiqamətə yönəldiyi halda, uşaq həyatına müsbət təsir göstərə bilər".

Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə