YAP Göygöl rayon təşkilatının X konfransı keçirilib FOTO

YAP Göygöl rayon təşkilatının X konfransı keçirilib FOTO

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının X konfransı keçirilib. SİA-ya verilən məlumata görə, konfransda Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov iştirak ediblər.

Konfransı giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev nümayəndələri və qonaqları salamlayaraq konfransı açıq elan edib. Yeni Azərbaycan Partiyasının akt zalında davam etdirilən konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Rayon təşkilatının sədri T.Əliyev gündəlikdə duran məsələlərlə qonaqları və nümayəndələri tanış edərək hesabat məruzəsi ilə çıxış edib.

Təşkilatın sədri Turani Əliyev Yeni Azərbaycan Partiyasının 21 ildə böyük inkişaf yolu keçdiyini, sıralarının daim genişləndiyini, rayon təşkilatının partiyanın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirdiyini vurğulayıb: "Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olunmasında siyasi nizamlama rolunu öhdəsinə götürüb. YAP Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin qüdrəti və rəhbərliyi altında ölkədə sabitliyin yaranması, demokratik dəyərlərə üstünlük verilməsi prosesini nizamlayan real siyasi qüvvə kimi özünü təsdiq edə bilib.

T.Əliyev hesabat məruzəsində onu da vurğulayıb ki, rayon təşkilatının fəalları prezident, bələdiyyə və parlament seçkilərində sistemli və aktiv fəaliyyət sərgiləməklə keçirilmiş seçkilərdə YAP-ın ümumi qələbəsinin əldə olunmasına öz töhfələrini veriblər: "Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin qoyduğu yolla irəliləyir, inkişaf edir, böyüyür, böyüdükcə ölkəmiz də güclənir".

YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov konfransda çıxış edərək partiyanın yaranma tarixindən, Ümummilli lider Heydər Əliyevin dövlətçilik naminə fəaliyyətindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş işlərindən danışıb.

Konfrans iştirakçıları ilə öz dəyərli fikir və tövsiyyələrini bölüşən Göygöl rayon İcra Hakimiyyəti başçısı Arif Seyidov ötən illər ərzində rayonumuzda görülmüş abadlıq-quruculuq işləri, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla icra edildiyini vurğulayıb.

Qeyd edək ki, sonda Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçilib. Həmçinin, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbycan Partiyasının sədri Cənab İlham Əliyevə müraciət qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə