300 qoyunu sel apardı

Tərtərdə leysan yağışlarının yaratdığı təbii fəlakət mal-qaraya və fərdi yaşayış evlərinə ciddi ziyan vurub. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayonun Borsunlu kəndində otlaq sahəsindən qayıdan 300 baş xırda buynuzlu heyvanı sel aparıb, bir neçə ev isə dağılıb.

2 saata qədər davam edən leysan yağışları nəticəsində sakinlərə məxsus bəzi evlərə də sel suları ziyan vurub.

Çay kəndi iki hissəyə böldüyündən kəndin bir hissəsi ilə əlaqə kəsilib. Sakinlər gün boyu evlərindən çıxa bilməyiblər. Buna görə də yerli əhali İncəçayın üzərində körpü tikilməsini tələb edir.

Qeyd edək ki, hazırda kəndə dəyən ziyanın miqdarı müəyyənləşdirir.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə