"Yaxın günlərdə cizgi filmlərinin çəkilməsinə vəsait ayrılması üçün Milli Televiziya və Radio Şurası ölkə prezidenti İlham Əliyevə müraciət edəcək". SİA-nın verdiyi xəbərə görə, bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli ölkədə fəaliyyət göstərən prodakşn rəhbərləri ilə keçirdiyi görüşdə deyib.
Onun sözlərinə görə, bu sahədə vəziyyət çox acınacaqlıdır: "Uşaqlarla bağlı vəziyyət acınacaqlıdır. Buna görə də şura tərəfindən ölkə prezidenti İlham Əliyevə xüsusi məktub hazırlanır. Məktubda həm cizgi filmlərinin çəkilişi üçün vəsaitin yaradılması, həm də animasiya sahəsində kadrların hazırlanması üçün kursların yaradılması təklifləri öz əksini tapacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB