Şura sədri: “Serial çəkilişində reklam bərbad vəziyyətdədir”

Şura sədri: “Serial çəkilişində reklam bərbad vəziyyətdədir”

"Ssenaristlərin əksəriyyəti Azərbaycan ədəbi dilini, tarixini belə bilmir. Ona görə də bundan sonra Azərbaycanda çəkiləcək serialların keyfiyyətinə xüsusi nəzarət ediləcək". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ölkədə fəaliyyət göstərən prodakşn rəhbərləri ilə keçirdiyi görüşdə səsləndirib.

Şura sədrinin sözlərinə görə, ali təhsili olmayan, orta məktəbi güc-bəla ilə qurtaran şəxsin serial çəkilişi ilə məşğul olursa, hər hansı bir nailiyyətdən danışmağa dəyməz: "Serialların çəkilişi və bədii quruluşu bərbad vəziyyətdədir. Serilallar çəkilən zaman ayrı-ayrı klinikalar, supermarketlər, maşınlar çox bərbad halda reklam olunur. Hətta serial qəhrəmanları maşın idarə edərkən təhlükəsizlik kəmərini bağlamır, qırmızı işıqda keçir, siqaret çəkirlər. Hesab edirəm ki, bu kimi hallar yolverilməzdir. MTRŞ bütün işlərinin dünyada mövcud olan praktikaya uyğun aparır. Artıq Azərbaycanda xarici ölkələrdə istehsal olunan seriallar yayımlanmır. Buna baxmayaraq ölkədə fəaliyyət göstərən kino prodakşınlar və televiziyalar keyfiyyətli iş ortaya qoya bilmirlər. Artıq vəsait ayrılıb və televiziyalar və prodakşnlar ortaya keyfiyyətli iş qoymalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə