Mağazaların yoxlanılmasına başlanılıb

Mağazaların yoxlanılmasına başlanılıb

Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən obyektlərin yoxlanılmasına başlanılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, aparılan monitorinqlər nəticəsində 14 obyekt sahibi qanunvericiliyin tələbləri çərçivəsində cərimə edilib, bir obyekt isə ümumiyyətlə bağlanılıb. Yoxlamalar göstərib ki, bəzi iaşə obyektlərinin sahibləri tərəfindən müvafiq qaydalara əməl olunmur. Nəticədə belə vəziyyət əhalinin ərzaq məhsullarından zəhərlənmə halları riskini artırır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə