“Sənin səsin -Sənin seçimin” FOTOLAR

Astarada seminar keçirilib
“Sənin səsin -Sənin seçimin” FOTOLAR

"Bizim nəsil" Gənclərinin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi, Astara rayon Gənclər və İdman İdarəsi, Astara Pedaqoji Kolleci ilə birgə "Sənin səsin-sənin seçimin" layihəsi çərçivəsində Astara Pedaqoji Kollecində ilk dəfə səs verən gənclər üçün seminar və praktiki məşqələ keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, 200 nəfərdən çox gəncin qatıldığı seminarı Astara Pedaqoji Kollecin direktoru Ə.Həmzəyev açaraq seminarın məqsədi barədə məlumat verib. Sonra Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə.Əliyev çıxış edərək Rayon İcra Hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin təbrikini gənclərə çatdırıb və " Bizim nəsil" Gənclərinin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin rəhbəri Nurəddin Mehdiyevi gənclərə təqdim edib.

Kollecin akt zalında seçki maariflənməsi ilə bağlı hazırlanmış video çarx göstərilib. NurəddinMehdiyev qeyd edib ki, bu il ölkəmizdə mühüm siyasi kampaniya –Azərbaycan Respublikası Prezidentinin seçkiləridir. Bu baxımdan layihənin məqsədi ilk dəfə səs verən gənclərin seçki proseduru ilə bağlı maarifləndirilməsi, informasiya çatışmazlığının aradan qaldırılması, gənclərin seçkilərdə aktiv iştirakına tövhə verməkdir.

Seminar zamanı seçkilərin məqsədi və rolu, seçki sistemləri: beynəlxalq təcrübə və Azərbaycan seçki məcəlləsi, Azərbaycanda ədalətli və demokratik seçkilərin təminatı, seçki hüququ və onun təminatları, seçicilərin vəzifələri, Azəbaycan Respublikasın Prezidenti – Azərbaycan dövlətinin başçısıdır, seçki komissiyaları, seçkilər prosesində aşkarlıq, müşahidəçilik institutu, seçici siyahıları, vətəndaşların seçki hüquqlarının pozulmasından şikayət və vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət, səsvermə qaydası, səsvermə günü "exil pollu"un keçirilməsi kimi mövzularda mühazirələr edilib. Seminarda Astara Dairə Seçki Komissiyasının üzvləri , Rayon Polis Şöbəsinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının üzvləri, idarə və müəssisələrdən nümayəndələr, bələdiyyə ərazisində yaşayan gənclər iştirak ediblər. Seminarın sonunda seçki barədə gənclərin suallarına ətraflı cavablar verilib.

Layihə iştirakçıları olan ilk dəfə səs verən gənclər arasında " Bizim nəsil " Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən hazırlanmış "Seçki təlimat jurnalı", ilk dəfə səs verən gənclər üçün yaddaş kitabçası, bukletlər və cib təqvimləri paylanıb.

Qeyd edək ki, layihə çərçivəsində açılmış " Sənin səsin- sənin seçimin " adlı facebook səhifəsi vasitəsilə də ilk dəfə səs verən gənclər maariflənməsi işi həyata keçirilir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə