Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Gəncə şəhərində qərb bölgəsindən olan əhalini qəbul edib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, komitə sədri ilə yanaşı əhalinin qəbulunda 6 rayon üzrə ərazi idarələrinin nümayəndələri iştirak edib. Keçirilən görüşdə Qərib Məmmədov, vətəndaşların şikayət və təkliflərini dinləyib, bəzi məsələlərin həlli ilə bağlı yerindəcə lazımi göstərişlərini verib. Müraciətlərə gəlincə əsasən, 1990-cı illərin əvvəllərində torpaqlarını qeydiyyata salmayan vətəndaşlar komitə sədrindən vəziyyətdən çıxış yollarını soruşub. Eyni zamanda Gəncə və ətraf rayonların sərhəd məsələlərinə yenidən aydınlıq gətirilib.
Q. Məmmədov bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2700 ha yaxın ərazi ətraf rayonlardan alınaraq Gəncə şəhərinə birləşdirilib. Bu torpaqların da bələdiyyələrin mülkiyyətinə verilməsi əhalinin sənədləşmə işini sürətləndirəcək.
Şoranlaşma məsələsinə də toxunan Məmmədov, bu istiqamətdə sözügedən qurum və digər aidiyyatı təşkilatlar tərəfindən lazımı tədbirlər həyata keçirilməkdədir. Ən başlıca məsələ Gəncə və ətraf rayonlarda, o cümlədən aran bölgələrində meliorasiya və irriqasiya işlərinin görülməsidir.
İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB