Şura elmi-praktik konfrans keçirəcək

Şura Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirəcək
Şura elmi-praktik konfrans keçirəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mayın 23-də Xalq Cümhuriyyətinin 95 illik yubileyi münasibəti ilə elmi-praktik konfrans keçirəcək. SİA-ya verilən məlumata görə, toplantıda Azərbaycan Xalq Cumhuriyyətinin keçdiyi şərəfli tarixi yol haqqında məruzə dinləniləcək, vətəndaş cəmiyyəti nümayəndələri mövzu ilə bağlı fikirlərini bildirəcəklər.

Qeyd edək ki, konfransda ölkəmizdə akreditə olunan beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələrinin, QHT rəhbərlərinin və KİV təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə