Salyan şəhər İcra Hakimiyyəti, Xıdırlı kənd sakini Eynulla Saday oğlu Azayevin geniş infarkt tutması nəticəsində vəfatı ilə bağlı kənddə yaranan gərginliyə münasibət bildirib. Salyan şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Etibar Hüseynov SİA-ya açıqlaması zamanı bildirib ki, hadisələr heç də bəzi KİV-lərdə yayıldığı kimi cərəyan etməyib.
E.Hüseynov qeyd edib ki, mərhumun infarkt keçirməsinin ilk anlarında Salyan şəhərində yerləşən Təcili yardım məntəqəsinə müraciət edilib: "Təcili yardım maşını 50 km-ə yaxın məsafədə yerləşən Xıdırlı kəndinə çatana kimi xəstə dünyasını dəyişib. Xəstə vəfat etdikdən sonra gənclərdən ibarət 60 nəfərə yaxın kənd sakini təcili yardım maşınının gec gəlməsi ilə əlaqədar Ələt-Astara magistral avtomobil yolunda nəqliyyatın hərəkətini 1 saata yaxın dayandırıblar".
E.Hüseynov rayon İcra Hakimiyyətinin başçısı və müavinlərinin, rayon Polis şöbəsinin əməkdaşlarının dərhal hadisə yerinə gedərək vətəndaşlarla söhbət apardıqlarını, heç bir insident yaşanmadan nəqliyyatın hərəkətinin bərpa edildiyini söyləyib. Birinci müavin qeyd edib ki, dərhal rayon İcra Hakimiyyətinin başçısı tərəfindən kənddə yerləşən şadlıq evində 100-ə yaxın kənd sakininin iştirakı ilə görüş keçirilib, onların müraciətləri dinlənilib və tədbirlər görülüb: "Hazırda kənddə tam sabitlik bərpa olunub, heç bir qarşıdurma yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB