Salyanda bir qrup şəxs ötən gecə Ələt-Astara magistralı yolunu bağlamaqla etiraz aksiyası keçiriblər. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, buna səbəb rayonun Xıdırlı kənd sakini, 1967-ci il təvəllüdlü Eynulla Saday oğlu Ağayev qəfildən infakt keçirməsi olub.
Kənd sakinlərinin dediyinə görə, xəstəyə yardım üçün təcili yardım stansiyasına zəng vurulub. Rayon mərkəzindən 45 kilometr aralıda yerləşən Xıdırlı kəndinə təcili yardım maşını çatana kimi Eynulla Ağayev keçinib.
Təcili yardım maşının gecikməsidən qəzəblənən kəndin bir qrup sakini təcili yardım maşınını yandırmaq istəsələr də bunun qarşısı alınıb. Bundan sonra 25 nəfərə yaxın kənd sakini axşam saat 22:10 radələrindən 00:02 radələırinə kimi etiraz əlaməti olaraq Ələt-Astara magistral yolunu bağlayıblar.
Hadisə yerinə rayon rəhbərliyi, polis əməkdaşları gəlib. Etirazçılarla aparılan danışıqlardan sonra Ələt-Astara yolu açılıb.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB