Bu gün hava yağmursuz keçəcək. SİA-nın məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Temperatur gecə 12-17°, gündüz 22-27° isti olacaq. Bakıda gecə 15-17°, gündüz 24-26° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 7-12°, gündüz 22-27° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 5-10°, gündüz 16-21° isti olacağı gözlənilir. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 12-17°, gündüz 22-27° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.
Temperatur gecə 8-13°, gündüz 19-24° isti olacaq.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 13-18°, gündüz 23-28° isti olacaq.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında səhər və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 13-17° isti, gündüz 21-26° isti, dağlarda gecə 6-11° isti, gündüz 16-21° isti olacağı gözlənilir.
Qeyd edək ki, yaxın 2 gündə Bakıda və Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB