Nazir Şirvanda vətəndaşları qəbul edəcək

Nazir Şirvanda vətəndaşları qəbul edəcək

Mayın 25-də saat 10.00-da təhsil naziri Mikayıl Cabbarov Şirvan Şəhər Mərkəzi Mədəniyyət Evində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq bu şəhərdən, Salyan, Neftçala, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Hacıqabul və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edəcək.

Təhsil Nazirliyindən SİA-ya bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşlar nazirliyin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə