Sərxoş vəziyyətdə it gəzdirən şəxslər cəzalandırılacaq

Sərxoş vəziyyətdə it gəzdirən şəxslər cəzalandırılacaq

Ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə inzibati cəzalar sərtləşdirilir və yeni cəzalar müəyyənləşdirilir. SİA-nın məlumatına görə, məsələ Milli Məclisdə müzakirə olunacaq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklik ediləcək.

Belə ki, dəyişikliklə baytarlıq xidməti ilə razılaşdırmadan ev heyvanları yarışlarının keçirilməsinə; it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyən etdiyi saydan artıq saxlanılmasına; ev heyvanlarının baytarlıq uçotuna alınmadan saxlanılmasına, itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə; sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə; ev heyvanlarının insanların üzərinə saldırılmasına; yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsdədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə; qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər qeyri-müalicəvi məqsədlə cərrahi əməliyyatların (qulaqlarının kəsliməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılmasına; ev heyvanını saxlayan və ya ona baxan şəxs tərəfindən ev heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğıların göstərilməsinə görə – 200 manat miqdarında cərimə nəzərdə tutulur.

Qeyd edək ki, hazırki qanunvericiliyə əsasən, şəhərlərdə və ya digər yaşayış məntəqələrində it, pişik və ya başqa ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə 5 manatdan 20 manatadək miqdarda cərimə edilir

Bütün xəbərlər Facebook səhifəmizdə