Azərbaycan bayrağı planetin ən yüksək zirvəsi üzərində dalğalanıb

Azərbaycan bayrağı planetin ən yüksək zirvəsi üzərində dalğalanıb

19 may 2013-ci ildə Nepal vaxtı ilə səhər saat 6:30-da Azərbaycan alpinisti Murad Aşırlı beynəlxalq komandanın heyətində planetin ən uca zirvəsinə - Everestə qalxdı və Azərbaycan Bayrağını yüksəltdi. SİA-nın məlumatına görə, hündürlüyü 8848 metr olan dağın fəthi şimal tərəfindən klassik marşrut üzrə həyata keçirilib (Tibet, Çin). Səhər saat 00:15-da hava şəraitinin yaxşılaşmasından istifadə edərək dırmananlar düşərgələri tərk edib, 8300 metr yüksəklikdə yerləşən zirvəyə üz tutublar. Sübh açılana qədər komanda zirvəyə çatıb. Həmin gün alpinistlər 6400 metr hündürlüyündə yerləşən baza düşərgəsinə 14 saat sərf edərək eniblər.

Murad Aşırlı - hazırda ABŞ-da yaşayır və işləyir. AAF-ın və "American Alpine Club"-un üzvüdür. Son on ildə Murad Avropanın, Şimali və Cənubi Amerikanın ən hündür zirvələrini müvəffəqiyyətlə fəth edib. Bunlar Mak-Kinli, Elbrus, Akonkaqua, həmçinin Qafqaz dağlarında, Pamirda, Andda, Mərkəzi və Şimali Amerikada yürüşlər edib.

Qeyd edək ki, həmyerlimiz İsrafil Aşurlı 19 may 2007-ci ildə ilk Azərbaycan vətəndaşı olaraq, planetin ən uca zirvəsini fəth edib. Elə həmin gün altı il sonra İsrafilin əmisi oğlu - Murad Milli Bayrağımızı planetin ən yüksək nöqtəsi üzərində bir daha dalğalandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə