Bu gün dünyanın irsi sayılan və Heydər Əliyev Fondunun fədakar təşəbbüsü ilə YUNESKO tərəfindən qorunan aşıq sənətinə dövlətimizin yüksək qayğısı və diqqəti var. Aşıq sənəti və bu sənəti yaşadan insanlar daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulur. Onlara hər zaman diqqət göstərilir, yaradıcılıqları yüksək dəyərləndirilir.
Ötən əsrin ən böyük sənətkarlarından olan, aşıq sənətimizin yaşadıcısı, öz zəngin şeiriyyatı və ustadlığı ilə aşıq yaradıcılığımızı zənginləşdirmiş böyük el sənətkarı Aşıq Şəmşir də həmişə yüksək qayğı ilə əhatə olunub, yaradıcılığı dövlət tərəfindən yüksək adla qiymətləndirilib. Aşıq yaradıcılığına yeni istiqamət gətirən Aşıq Şəmşir öz yüksək sənətkarlığına görə Dədə adını xalqdan qazanıb.
Bu il Azərbaycanın ustad aşığı Aşıq Şəmşirin anadan olmasından 120 il ötür. Geridə qalmış müddətdə sənətkarın irsi daha geniş şəkildə işıqlandırılaraq oxucuların diqqətinə çatdırılıb. Hazırda Azərbaycan mədəniyyətinin gənc nəslə aşılanması istiqamətində fəaliyyət göstərən ustad sənətkarın adını daşıyan "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi Dədə Şəmşirin 120 illik yubileyi münasibətilə silsilə tədbirlər təşkil edir. 2013-cü ilin əvvəlindən başlayaraq bir neçə dəfə sənətkarın irsinin araşdırılması ilə bağlı müxtəlif səpkili tədbirlər təşkil olunub, konfranslar keçirilib. Tədbirlərdə Aşıq Şəmşirin sənətinə yüksək dəyər verən insanlar, ziyalılar, Aşıq Şəmşir yaradıcılığının araşdırması ilə məşğul olan alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aşıq Şəmşir adına musiqi məktəbinin direktoru Nuranə Aslanqızı da Dədə Şəmşirin yaradıcılığı barədə məruzə ilə çıxış edib. O, qeyd edib ki, 2003-cü ildə Ulu Öndər Heydər Əliyev Aşıq Şəmşirin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərənçamla Göygöl rayon uşaq müsuqi məktəbinə adı verilib, büstü ucaldılıb və adına küçə verilib.
Tədbirin yekununda Dədə Şəmşir ocağı adından Nəriman Ocaqlı tədbir iştirakçılarına öz minnətdarlığını bildirib. Qeyd edib ki, ötən əsrin ən böyük sənətkarlarından olan, aşıq sənətimizin yaşadıcısı, öz zəngin şeiriyyatı və ustadlığı ilə aşıq yaradıcılığımızı zənginləşdirmiş böyük el sənətkarı Aşıq Şəmşir də həmişə yüksək qayğı ilə əhatə olunub, yaradıcılığı dövlət tərəfindən yüksək adla qiymətləndirilib. Aşıq yaradıcılığına yeni istiqamət gətirən Aşıq Şəmşir öz yüksək sənətkarlığına görə Dədə adını xalqdan qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB