Millətin gələcəyi kimi dəyərləndirilən təhsilin inkişafı, yeniləşməsi daha aydın hədəflərin müəyyənləşdirilməsi və onlara nail olmaq istiqamətində səylərin göstərilməsi bütövlükdə Azərbaycanın tərəqqisinin ən vacib istiqamətini, bir sözlə inkişafın fundamentini təşkil edir. Təhsilin inkişafı dövlətimizin siyasətinin prioritetinə çevrilib. Ölkəmizdə təhsilin infrastrukturunun yeniləşməsi, bu sahədə bir sıra Dövlət Proqramlarının qəbul edilməsi və onların həyata keçirilməsi ilə əlaqədar görülən işlər, yeniləşmə, modernləşmə istiqamətində aparılan islahatlar, bütün bunlar Azərbaycanın təhsilinə diqqət və qayğıdan qaynaqlanır. Bu yeniliklərin cəmiyyətin gözü qarşısında baş verməsi bir tərəfdən təhsil sahəsində irəliləyişlərin sürətlənməsinə stimul verir, digər tərəfdən isə ölkə ictimaiyyətinin bu sahə ilə bağlı baxışlarına öz müsbət təsirini göstərir. Bu gün böyük inam hissi ilə qeyd edə bilərik ki, Azərbaycan təhsili ciddi axtarışlar mərhələsini yaşamaqdadır. Yenə də vacib amillərdən biri kimi həyata keçirilən yeniliklərin, islahatların mahiyyətinin ictimaiyyətə düzgün çatdırılması, maarifləndirmə işinin lazımi səviyyədə aparılması önə çəkilir.
"Zəngi" liseyində valideynlərin təhsilə cəlb edilməsi, maarifləndirilməsi istiqamətində xüsusi işlər görülməkdədir. "Zəngi" liseyi Valideyn-Müəllim Assosiasiyası və Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzinin birgə təşkilatçılığı əsasında aprel-may ayları ərzində valideynlər üçün təşkil olunan "Kurikulum İslahatı üzrə maarifləndirmə" kursu da həmin tədbirlər sırasındandır.
Bir ay ərzində liseyin valideynlərinə kurikulum islahatının məqsədi, yeni qiymətləndirmə formaları və üsulları, yeni təlim strategiyaları haqqında məlumatlar verilib və maraqlı müzakirələr aparılıb. Kursun məqsədi liseyin ictimai idarəolunmasında valideyn potensialından geniş istifadə etməkdir. Sonda liseydə mükafatlandırma mərasimi keçirilib.
Kursun dinləyici olan valideynlərə "Zəngi" liseyinin rəhbərliyi və VMA tərəfindən sertifikatlar təqdim olunub.
Tədbirdə lisey rəhbərliyi, "Zəngi" liseyi VMA-nın prezidenti, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Kurikulum Mərkəzinin əməkdaşları iştirak edib.
Mərasimdə valideynlərin təhsilə xüsusi marağının yaradılması, onların təhsil prosesinin idarə olunmasına və nəzarət edilməsinə cəlb olunmaları, eləcə də müasir təhsil problemləri ilə tanış olmaları bugünkü təhsilin ən vacib məsələlərindən biri olduğu xüsusi vurğulanıb.
"Zəngi" liseyi Valideyn-Müəllim Assosiasiyası tərəfindən bu səpkili tədbirlərin davamlı olacağını bildirilərək, bu təcrübənin ölkəmizin digər məktəblərində də yayılmasına ehtiyac olduğu vurğulanıb. Bu fikir xüsusi qeyd olunub ki, marifləndirmə işinin yüksək səviyyədə aparılması uğurların açarıdır.

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB