Milli QHT Forumu "Access Bank"la birgə "Regionların sosial iqtisadi inkişaf proqramına dəstək" layihəsinə start verdi. Qurumdan SİA-ya verilən məlumata görə, məqsəd regionlarda gənc iş adamlarının və biznes fəaliyyətini genişləndirmək istəyən gənclərə biznes sahəsində zəruri biliklərin aşılanmasıdır. Eyni zamanda bank prioritetlərini, uğurlu biznes planın yazılmasını və risklərin azaldılması mövzusunu gənclərin istifadə edə biləcəkləri məlumatların verilməsidir. Biznes etikası, PR işinin düzgün təşkili, time menecmentlik təlimləri də keçirilib.
Təlimlər Milli QHT Forumunun Şəmkir Regional Resurs və Təlim Mərkəzində 25 nəfər gənc iş adamlarına MQF-yə daxil təşkilatların beynəlxalq təlimçiləri və "Access Bank"ın yerli mütəxəssisləri tərəfindən keçirilib. Təlimlərin sonunda iştirakçılara "Access Bank" və MQF-nin adından sertifikatlar paylanılıb. Regionların sosial iqtisadi inkişafı proqramına dəstək layihəsi Xaçmaz, Lənkəran, Mingəçevir, Şirvan və Gəncə rayonlarında davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB