Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edəcək

Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov 24 may 2013-cü il tarixində, saat 12:00-da Gəncə şəhərindəki Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında vətəndaşlar üçün açıq qəbul keçirəcək. SİA-ya verilən məlumata görə, qəbulda Gəncə ilə yanaşı, Ağstafa, Qazax, Şəmkir, Gədəbəy, Goranboy, Göygöl, Daşkəsən, Tovuz, Kəlbəcər rayonları və Naftalan şəhərinin sakinləri iştirak edə bilərlər.

Qeyd edək ki, qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə