"Azərbaycan gəncliyi bu gün reallığı görür və gələcəyini bu reallıqla bağlayır"
"Müxalifət partiyaları öz mövqelərinə uyğun olaraq qanunsuz aksiyalarda əksər gənclərin onların ətrafında sıx birləşəcəyini söyləsələr də, özləri belə buna inanmırlar". SİA-ya açıqlamasında "Bizim Nəsil" gənclərin regional inkişaf assosiasiyasının sədri Nurəddin Mehdiyev belə deyib.
Onun sözlərinə görə, müxalifət cəmiyyətin fəal təbəqəsinin çox kiçik bir hissəsini aksiyalarda iştirak etməyə cəlb edə bilir: "Hər bir seçki ilində müxalifət qanunsuz aksiyalar təşkil etməyə, bu aksiyalarda isə iştirakçı qismində gənclərdən istifadə etməyə çalışır. Təbii ki, çox az sayda gənclər bu kimi aksiyalarda iştirak edir, amma əminəm ki, onlar da gələcəkdə öz səhvlərini anlayacaqlar".
Assosiasiyanın sədri bildirib ki, artıq bir neçə ildir Azərbaycan dövləti gənclər siyasətini həyata keçirməklə onlar üçün geniş imkanlar yaradır: "Bu siyasətin əsasını isə gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil alması təşkil edir. Bir neçə il müddətində yüzlərlə gənc bu imkandan yararlanıb və müstəqil şəkildə öz həyatını qurmağı bacarıb. Azərbaycan gəncliyi bu gün reallığı görür və gələcəyini bu reallıqla bağlayır. Reallıq isə Qafqazda əksər sahələrdə liderliyi ələ alan, təbəqədən asılı olmayaraq hər bir vətəndaşına qayğı və diqqət göstərən hakimiyyətin mövcudluğudur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB