Bu gün Mingəçevir şəhərində Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Gənclər və İdman İdarəsinin təşkilati, "TicToc" mağazasının maliyyə dəstəyi ilə gənclər arasında intellektual bilik yarışması keçirilib. SİA-ya verilən məlumata görə, yarışın məqsədi Mingəçevir şəhərinin tələbə-gənclərinin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onların elm və təhsilə marağını artırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Gərgin keçən bilik yarışmasında Mingəçevir şəhərinin 8 komandası təmsil olunub. Sonda Mingəçevir Politexnik İnstitutunun "Turan" komandası I yerin qalibi olub. Mingəçevir Turizm Kollecinin komandası II yerə, Mingəçevir Müəllimlər İnstitutunun komandası isə III yerə layiq görülüb.
Qeyd edək ki, qalib gəlmiş bütün komanda üzvləri diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB