Səməd Seyidov Norveçin Azərbaycandakı səfiri ilə görüşüb

Səməd Seyidov Norveçin Azərbaycandakı səfiri ilə görüşüb

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erlinq Skjonsberqi qəbul edib. SİA-ya verilən məlumata görə, qonağı salamlayan rektor onu ADU-da görməkdən məmnun olduğunu dilə gətirib. O, ADU və Oslo Universiteti arasındakı 7 illik layihə çərçivəsində bir sıra işlərin görüldüyünü qonağın nəzərinə çatdırıb. Rektor Səməd Seyidov ADU ilə Aqder və Oslo Universitetləri arasındakı uğurlu əməkdaşlıqdan danışıb. O, bu layihələrdən həm müəllimlərin, həm də tələbələrin faydalandığını vurğulayıb. Layihənin əhəmiyyətindən söz açan professor Səməd Seyidov əməkdaşlığa görə səfirə təşəkkür etdi və bu baxımdan Norveçin Azərbaycandakı keçmiş səfirinin də fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. Rektor Norveçlə əməkdaşlığın digər ölkələrə də nümunə olduğunu deyib.

ADU ilə Norveç Universitetləri arasındakı əməkdaşlığı yüksək qiymətləndirdiyini deyən, səfir, bu əməkdaşlığın davamlı olmasını arzu edib. Səfir ADU ilə Norveç səfirliyi arasındakı əməkdaşlığın da yüksək səviyyədə inkişaf etdiyini deyib.

Qeyd edək ki, görüşdə Norveçin Azərbaycandakı keçmiş səfiri Yon Ramberq, ADU ilə Oslo Univeriteti arasındakı layihə rəhbəri Vibeke Roggen eyni zamanda, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisasında dərs deyən norveçli müəllimlər iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə