Qubaya yağan leysan yağışları bir sıra fəsadlar yaradıb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, yağışdan sonra Ağçayın daşması Tülər kəndi ilə əlaqənin tamamilə kəsilməsinə səbəb olub. Uzun illərdir körpü problemindən əziyyət çəkən sakinlər evlərinə getməkdə çətinlik çəkiblər. Təxminən 50-dən artıq insan saatlarla çay kənarında gözləmək məcburiyyətində qalıb.
Kənd sakinlərinin sözlərinə görə, dəfələrlə körpü problemi ilə bağlı rəsmi qurumlara müraciət olunub. Hər dəfə onlara söz verilsə də, məsələ ilə bağlı heç bir tədbir görülməyib.
Emin Kərimov



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB