Yağıntılı hava şəraiti mayın 21-dək davam edəcək

Yağıntılı hava şəraiti mayın 21-dək davam edəcək

"Mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti buludlu olacaq, arabir yağış yağacaq, mülayim-şimal küləyi əsəcək". Bu barədə SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, paytaxtda havanın temperaturu gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

"Sabah bölgələrdə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimal olunur. Qərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 13-18, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacaq"-deyə Gürşad Məmmədova bildirib.

Məlumata görə, Respublika ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti mayın 21-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə