“Ağdamda dövlət atributlarına böyük hörmət və ehtiram göstərilir” TƏKZİB

“Ağdamda dövlət atributlarına böyük hörmət və ehtiram göstərilir” TƏKZİB

"Son günlər bəzi Kütləvi İnformasiya Vasitələri tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubleyi ilə bağlı Ağdam rayon İcra Hakimiyyətində keçirilən tədbirlər zamanı dövlət atributlarına guya hörmətsizliklə yanaşılması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb". Bu barədə məlumatı SİA-ya Ağdam rayon İcra Hakimiyyətindən veriblər.

Məlumatda bildirilir ki, hər bir Azərbaycan vətəndaşı kimi ağdamlılar da həmişə müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevə böyük hörmət və ehtiram hissi bəsləyirlər: "Ulu öndərin 90 illik yubiley tədbirləri rayonumuzda ümumxalq bayramı səviyyəsində keçirilib, bu münasibətlə böyük tədbir və konsert proqramları təşkil edilib. Rayonun Olimpiya İdman Kompleksində son tədbir keçirildikdən sonra orada olan şəkillər və bayraqlar maşınlara yüklənən zaman kimlərinsə şəxsi maraqlarına xidmət edən insanlar tərəfindən müxtəlif şəkillər çəkilərək Kütləvi İnformasiya Vasitələrinə göndərilib. Belə yalan böhtan və iftiralar ağdamlıların nə dövlət atributlarımıza, nə də ulu öndərə olan hörmət və ehtiramına kölgə sala bilməz. Rayonumuzun ərazisində həmişə dövlət atributlarına böyük hörmət və ehtiram göstərilir".

Bütün xəbərlər Facebook səhifəmizdə