“Tələbələrarası Siyasi Biliklər Olimpiadası” keçiriləcək

“Tələbələrarası Siyasi Biliklər Olimpiadası” keçiriləcək

Azərbaycan Kooperasiya Universitetinin Tələbə Gənclər Təşkilatı (AKU TGT), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və AR Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Tələbələrarası Siyasi Biliklər Olimpiadası" keçirəcək. ATGTİ-dən SİA-ya verilən məlumata görə, olimpiadanın əsas məqsədi tələbələri siyasətin müxtəlif sahələrində maarifləndirmək, onları bu sahənin mütəxəssisləri kimi formalaşdırmaqdır.

"Tələbələrarası Siyasi Biliklər Olimpiadası"nın final mərhələsinin bütün iştirakçıları sertifikatlarla təltif olunacaq, qaliblər isə "iPhone 5", yarımprofessional fotoaparat, planşet və digər qiymətli hədiyyələr qazanacaqlar.

2 hissədən (yarımfinal və final) ibarət olacaq olimpiadada iştirak etmək istəyənlər, ATGTİ-nin rəsmi saytında yerləşdirilmiş elektron qeydiyyatdan (http://atgti.az/offer/20130508045218087.html) keçə bilərlər.

Qeyd edək ki, qeydiyyat prosesi mayın 30-da yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə