"Bəzi kütləvi informasiya vasitələrində Ağsunu bir ailənin idarə etməsi və bir qrup rayon sakininin rayonda baş verən özbaşınalıqlarla bağlı aksiya keçirməyə cəhd göstərməsi ilə bağlı yanlış informasiyalar yayıblar". Ağsu rayon İcra Hakimiyyətindən SİA-ya bildiriblər ki, hər hansı bir səbəbdən rayonda aksiya keçirilməsinə heç bir cəhd olmayıb.
Ağsunu bir ailənin idarə etməsi iddiasına münasibət bildirən İcra Hakimiyyətindən qeyd ediblər ki, "Kapital Bank"ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev bu vəzifədə 1993-cü ildən işləyir: "Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorunun Səlim Müslümov və rayon İcra Hakimiyyətinin başçısı ilə heç bir qohumluq əlaqəsi yoxdur. Radim Müslümov rayonda heç bir vəzifədə işləmir, Varis Nəzərovun İcra Hakimiyyətinin başçısı ilə heç bir qohumluq əlaqəsi də yoxdur. Fazil Seyidəliyev 1984-cü ildən, rayon Mərkəzi Xəstəxanasının Baş həkimi isə 1992-ci ildən bu vəzifədə işləyir. Ağsu şəhər icra nümayəndəsi Nadir Şirinov şəhər sakini olmaqla icra başçısına heç bir yaxınlığı və əlaqəsi olmayan ali təhsilli şəxsdir. Haqqında yazılanlar da tamam böhtandır".
İcra Hakimiyyətindən Ağsuda XX əsrin 30-cu illərində tikilən su dəyirmanı məsələsinə də münasibət bildiriblər. Qeyd olunub ki, əvvəla dəyirman burada inşa olunan zaman ətrafda heç bir yaşayış evləri olmayıb: "80-ci illərdə sökülüb yerində elektrik dəyirmanı tikilib. Hazırda həmin dəyirman 1996-cı ildə şəhər sakini Həsənov Qabil Yusif oğlu tərəfindən özəlləşdirilib. Özəlləşməyə dair alqı - satqı şəhadətnaməsi var və xüsusi mülkiyyətdə olan obyektdir. Rayon İcra Hakimiyyəti dəyirman məsələsi ilə bağlı ora yaxın evdə yaşayan sakinlərin müraciətini həll etməyə çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB