Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) sədri Türkiyədə keçirilən beynəlxalq festivalda iştirak edib. SİA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Sədri Seymur Orucov və YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev AK Partinin təşkilatçılığı ilə keçirilən "Gənclər Festivalı"nda Gənclər Birliyini təmsil ediblər. Yüzdən artıq ölkənin təmsil olunduğu festival çərçivəsində bir neçə maraqlı görüşlər keçirilib.
Qeyd edək ki, görüşlər İstanbul və Tekirdağ şəhərlərində baş tutub. Görüş zamanı həmçinin gələcək əlaqələrlə bağlı müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB