Yay başlamamış bitdi

"Mayın 17-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək". Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova SİA-ya açıqlamasında belə deyib. Onun sözlərinə görə, havanın temperaturu gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq: "Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 18-23, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir".

Gürşad Məmmədova bildirib ki, yaxın 2 gündə Bakıda və Abşeron yarımadasında normadan bir qədər aşağı atmosfer təzyiqi fonunda və rütubətli hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olsa da, digər biometeoroloji amillərin norma daxilində tərəddüdü müsbət amildir.

Bütün xəbərlər Facebook səhifəmizdə