"Azərbaycanın tolerantlıq modeli"

Avropa Parlamentində Azərbaycanın tolerantlıq modeli müzakirə olunub
"Azərbaycanın tolerantlıq modeli"

Avropa Parlamentində Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Azərbaycanın tolerantlıq modeli" adlı tədbir keçirilib. DQİDK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə qonaq qismində Avropa Parlamentinin deputatları iştirak ediblər.

Tədbirdə məruzə ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli Azərbaycan Respublikasında dini tolerantlığın tarixi kökləri və müasir vəziyyəti, dövlət-din münasibətləri barədə iştirakçılara məlumat verib. O, bildirib ki, Azərbaycanın dünyaya örnək ola biləcək unikal tolerantlıq modelinin əsasında, Azərbaycan xalqının dərin mədəniyyətə əsaslanan milli xüsusiyyətləri ilə yanaşı Azərbaycan dövlətinin bu istiqamətdə məqsədyönlü şəkildə apardığı tolerantlığı və qarşılıqlı hörməti təşviq edən siyasəti də dayanır. Məruzədə sadalınmış tolerantlıq nümunələri, həçminin bu istiqamətdə Azərbaycan dövlətinin gördüyü işlər Avropa Parlamentinin deputatları tərəfindən maraqla qarşılanmış, Avroparlamentin bolqarıstanlı üzvü Evgeni Kirilov və estoniyalı üzvü Kristina Oyuland Azərbaycanın tolerantlıq modelinin örnək model olaraq bütün dünyada daha geniş təbliğ olunmasının zəruriliyini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə