Növbəti iclasda 9 məsələ müzakirə olunacaq SİYAHI

"Növbədənkənar sessiyanın keçirilməsi ilə bağlı qərar yəqin ki, mayın 21-də keçirilən iclasda qəbul olunacaq"
Növbəti iclasda 9 məsələ müzakirə olunacaq SİYAHI

Milli Məclisin mayın 21-də keçiriləcək iclasının gündəliyinə 9 məsələ salınıb. Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası və Monteneqro arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Bəyannamənin təsdiq edilməsi;

2. "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə qanun layihəsi;

3. "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında beynəlxalq kombinə edilmiş danışıqlar haqqında" Sazişin təsdiq edilməsi qanun layihəsi;

4. Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsi;

5. "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurasının Birinci Dünya Futbol Kubokunun təşkili haqqında" müqavilənin təsdiq edilməsi barədə qanun layihəsi;

6. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi;

7. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi;

8. "Əmək pensiyaları haqqında "Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi;

9. Miqrasiya Məcəlləsinin layihəsinin ikinci oxunuşu.

İyunda Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsi məsələsi haqqında danışan Akif Təvəkküloğlu bildirib ki, bununla bağlı parlamentin 70 deputatı konstitusiya hüququndan yararlanaraq MM-in spikerinə müraciət ediblər: "Məsələ ilə qərar qəbul edildikdən sonra növbədənkənar sessiyanın keçirilib- keçirilməyəcəyi müəyyən olacaq. Müraciət olunubsa, deməli həmin məsələyə mütləq baxılacaq. MM-in yaz sessiyası mayın sonunda başa çatır. Adətən sessiya ərzində hər hansı məsələlər qaldıqda, onları müzakirə etmək üçün deputatlar Milli Məclisin rəhbərliyinə müraciət edə bilərlər. Növbədənkənar sessiyanın keçirilməsi ilə bağlı qərar yəqin ki, MM-in mayın 21-də keçirilən növbəti iclasında qəbul olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə