14-15 may 2013-cü il tarixlərdə Masallı rayon Gənclər Mərkəzində gənc Alim, Aspirant və Magistrlər üçün Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun yardımı ilə "Gənc Alimlər üçün Farm Week təşkili" adlı seminar keçirilib. Bu seminarın məqsədi Gənc alimlər üçün Farm Week təşkil etməklə gənc alimlərin yeni ixtiralarının təbliği və gələcəkdə tətbiq olunmasına mümkün şərait yaradacaq prinsiplər formalaşdırmaq, gənc Alimlərin fəaliyyətini stimullaşdırmaq, səmərəli əməkdaşlıq mühitinin qurulmasına, bir sözlə elmtutumlu iqtisadiyyatın formalaşmasına əlavə töhvələr verməkdir.
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək bildirib ki, Dövlət gənclər siyasətinin ölkədə icra olunması xüsusi ilə gənclərə və gənc alimlərə dövlət qayğısı daim diqqət mərkəzində olub.
Gənc Alim,Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov seminar iştirakçılarını salamlayaraq bildirib ki, müstəqillik illərindən Azərbaycan elminə göstərilən qayğı alimlərimizin elmi tədqiqatlarının Respublikamızın hüdudlarından kənarda da uğurlar qazanmasına səbəb olub. Qeyd olundu ki, Azərbaycan alimlərinin elmi tədqiqatları dünyanın bir çox ölkəsinin elmi mərkəzlərində, simpoziumlarda və konfranslarda maraqla dinlənilib.
Tədbirdə çıxış edən gənc alimlər ölkə rəhbərliyinin Azərbaycan elminə göstərdiyi diqqət və qayğıdan söhbət açıb və öz fikir və rəylərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB