Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının VIII konfransı keçirilib
Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının VIII konfransı keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.
Rayon mədəniyyət evində davam etdirilən konfransda Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov təşkilatın ötən konfransından keçən müddət ərzində görülmüş işlərə dair məruzə edib.
YAP İdarə Heyətinin üzvü Kərim Kərimov konfransda çıxış edərək partiyanın yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin dövlətçilik naminə fəaliyyətindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş işlərdən danışıb.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizdə ən qüdrətli siyasi təşkilat olduğunu, əvvəlki illərdə keçirilən bütün seçkilərdə partiyanın həmişə uğur qazandığını, bu uğurun əsasında ulu öndər Heydər Əliyevin siyasi kursunun dayandığını, qarşıdan gələn Prezident seçkilərində də xalqın yenidən Prezident cənab İlham Əliyevə səs verəcəyinə əminliyini bildirib.
Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək ötən illər ərzində rayonumuzda görülmüş abadlıq-quruculuq işləri, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla icra edilidiyini vurğulayıb.
Daha sonra Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçilib.
Konfransda Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının məsul işçisi Mirkamal Seyidov iştirak edib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB