“Tələbələrarası II Hüquq Olimpiadası”nın yarımfinal mərhələsi keçiriləcək
Mayın 18-də, Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş "Tələbələrarası II Hüquq Olimpiadası"nın yarımfinal mərhələsi keçiriləcək. ATGTİ-dən SİA-ya verilən məlumata görə, yarımfinalda 1000-dən çox iştirakçı respublikamızın müxtəlif hüquq sahələrində öz biliklərini sınayacaqlar. 2 saat ərzində iştirakçılar iki variantda (A, B) 100 test tapşırığına cavab verəcəklər.
Yarımfinalda uğurlu nəticə göstərənlər "Tələbələrarası II Hüquq Olimpiadası"nın finalına vəsiqə qazanacaqlar.
Məlumat üçün bildirək ki, "Tələbələrarası II Hüquq Olimpiadası" Gənclər və İdman Nazirliyi və Ombudsman aparatının dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "Hüquq" işçi qrupu tərəfindən keçirilir.
Qeyd edək ki, test tapşırıqları Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman aparatının) tərəfindən tərtib edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB